Author: Redaktor

Aran Regional mədəniyyət idarəsinin Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik musiqi məktəbinin Qarmon sinifinin şagirdi Şahın Kərimli onlayn ll çi Beynəlxalq “Paris OPEN MUSİC” onlayn müsabiqəsinin l dərəcəli laureatı adına layiq görülüb Müəllim Həsənov Amil Konsertmeystler Sevinc Xəlilova, Diqqət Sadıqov

Read More

<span;>Elimizə Novruz Gəlir Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı !Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi “Ümumxalq Novruz” şənliyi ilə bağlı sakinlərə və şəhərimizin qonaqlarına əsl bayram əhval-ruhiyyəsi yaşatmaq, rəngarəng və yaddaqalan şəkildə qeyd olunması məqsədilə Novruz Bayramının atributları olan Bahar qızı, səməni, şəkərbura, paxlavaya aid bannerlərin, plakatların, maketlərin Mingəçevir şəhəri ərazisində quraşdırılması işlərini davam etdirir. Novruz Bayramı – 2024” tədbirinə sayılı günlər qalıb. Mingəçevir şəhəri bayram tədbirlərinə fəal şəkildə hazırlaşır. Ənənəvi olaraq, Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mütəxəssisləri rəmzi səməni və digər novruz atributları ilə şəhərimizin prospekt…

Read More

Mingəçevir şəhərini “zoo park”-a çevirən kimlərdi? Uzun bir zamandır ki, sosial şəbəkələrdə Mingəçevir şəhərinin küçələrinin küçə itlərinin işğalına məruz qalması haqqında paylaşımlar edilir. Mingəçevir şəhər icra hakimiyyəti isə yalnız açıqlamalar verməklə yetinir. Məsələ ilə bağlı tədbirlərin görülməsi ilə bağlı isə yalnız gələcək zamanlarda nələrinsə olacağı haqqında sözlər verilir.. Artıq son bir neçə gündür ki, şəhərin müxtəlif küçələrində sahibsiz atlara rast gəlinir. Bu isə ilk növbədə insanların həyatına təhlükədir. İkinci məsələ isə vəhşi heyvanlar şəhərdə görülən abadlıq işlərinə də ziyan vururlar. Şəhərin abadlaşdırılmasına görə dövlət vəsaiti hesabına alınan yaşıllıq və gül çiçəklər sahibsiz atlar tərəfindən məhv edilə bilər. Tədbirlərdə, vətəndaş qəbullarında…

Read More

Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək , dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik. Hər bir azərbaycanlı vətəninizin mülki əsgəridi. İstər birinci Qarabağ müharibəsi zamanı istərsə də 44 günlük müharibə zamanı ölkə vətəndaşları vətən yolunda əlindən gələni əsirgəmədi. Vətən dedikdə azərbaycanlılar üçün dəyişən yalnız zamandı. Bizim xalq qəhramanlarını heç zaman unutmur və daima onların xatirəsini əziz tutur. Onlarda biridə Mingəçevir İES-in rəhbəri Təhmasib Hüseynovdur . Belə ki, T. Hüseynov şəhərdə keçirilən xeyriyyə tədbirlərində daim öndə olubdu. Etdiyi bir…

Read More

Martın 12-də Mingəçevir şəhər Energetiklər yaşayış massivində Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, yaşayış massivinin sakinləri iştirak ediblər. Mingəçevir İcra Hakimiyyətinin Novruz bayramının keçirilməsi haqqında hazırladığı tədbirlər planına uyğun olaraq “Azərbaycan İES” MMC, A.Niftəliyev adına Mədəniyyət mərkəzi və mənzil kommunal təsərrüfatı kombinatının birgə keçirdiyi tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov mingəçevirlilərə bayram təbriklərini çatdırıb. Qeyd olunub ki, Novruz bayramı xalqımızın əziz və milli bayramlarından biridir. Bu bayram bizə ata-babalarımızdan miras qalıb, biz də bu ənənəni davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunması…

Read More

Verilən məlumatlaradan, video-çəkilişdən aydın oldu ki,  Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəsi Muradov Nazim Abusət oğlu, həm üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edir, həm də media qurumlarının əməkdaşlarına qarşı sui-qəsd etmək planı düzüb qoşur. Baş verən olayla bağlı yayımlanan çəkilişi gördükcə, sanki özözlüyümüzdə dəhşətə gəldik. Yəni, həmin çəkilişdən görünür ki, şəhər üzrə nümayəndə Nazim Muradov üçrəngli Azərbaycan bayrağını rəhbərlik etdiyi inzibati binada yağış sularının axıdılması üçün nəzərdə tutulan su-boru xəttinə bağlatdırmış və belə bir səbəbdən də, bayrağımız olduqca yarasız görkəmə düşmüşdür. Sual oluna bilər ki, görəsən Masallı rayonunda strateji bir sahəyə rəhbərlik edən bu şəxsin, üçrəngli Azərbaycan bayrağına…

Read More

Ağdaşda minik avtomobili idarəetmədən çıxaraq qəza törədib. Hadisə Dəhnə kəndi istiqamətində baş verib. İdarəetmədən çıxan “VAZ” markalı maşın idarəetmədən çıxaraq maneələrə çırpılıb. Qəza nəticəsində 1981-ci il təvəllüdlü rayon sakini Qəhrəmanov Ceyhun Vəli oğlu aldığı xəsarətlərdən ölüb. 1988-ci il təvəllüdlü rayon sakini Mürsəl Əliyev isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Mingəçevirdə baş verən qətl hadisəsini mərhumun keçmiş həyat yoldaşı törədib. Bunu hadisə ilə bağlı açıqlama verən, hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Mirzəyevin bacısı Südabə Mirzıyeva söyləyib. Onun sözlərinə görə qətl olunan Aytən Məmmədovanın atası ilə onların anası doğma bacı qardaşdı. Yəni keçmiş ər arvad dayı qızı bibi oğlu olublar həm də. Onların birgə nigahından iki oğlu dünyaya gəlib. Biri hərbi xidmətini təzə başa vurub, digəri isə nitq qüsurlu əlil uşaqdır. Südabə Mirzəyevanın sözlərinə görə qardaşı ilə xanımı çoxdan boşanıb. Üstəlik hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəllər də məhkum olunub. Onun sözlərinə görə doğmaları şok içindədir. Yaxın qohum olublar, eyni zamanda ailə…

Read More

Mingəçevirdə 5 nəfərin iştirakı ilə kütləvi dava olub, xəsarət alanlar var. Hadisə Səməd Vurğun meydanı ərazisində baş verib. Mübahisə və münaqişə nəticəsində 5 nəfər arasında baş verən əlbəyaxa dava zamanı 1994-cü il təvəllüdlü Ucal Əhmədəliyev və 1991-ci il təvəllüdlü Nicat Əsədov müxtəlif  dərəcəli bədən xəsarətləri alıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır və əməli törədən şəxslər müəyyən olunaraq izahatları alınıb.

Read More