Author: Redaktor

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Cəbrayıl oğlu bu ilin yanvarında quruma sədr təyin olunub. Buna qədər o, Azərişıq ASC-də sədr müavini, daha əvvəl isə İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub. Vüqar Əhmədov 2015-2018-ci illər Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. İxtisası iqtisadçı-energetikdir. Bir müddət keçmiş Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərişıq” rəhbəri biznes fəaliyyətinə 2010-cu ildən başlayıb, həmin il o, nizamnamə kapitalı 100 manat olan “QRAD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701121201) qeydiyyatdan keçirib. MMC BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇ. ev.23…

Read More

Mingəçevirdə sosial yardım düzəltmək adıyla dələduzluq edən şəxs saxlanılıb. Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Xöşbəxt Quliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxs zərərçəkənləri müxtəlif dövlət qurumlarında işlə təmin etmək, sosial yardım düzəltmək və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib. X.Quliyev dələduzluq etdiyi şəxslərə özünü “Tuncay” adı ilə təqdim edib. Məhkəmənin qərarı ilə X.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

Read More

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev vəzifəsindən azad edilib. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Read More

Mingəçevir şəhər İcra hakimiyyətinə işsizliklə bağlı müraciət etdikdə vətəndaşlara müraciət etdikdə “DOST” agentliyinə müraciət etmək məsləhət bilinir. Amma bir neçə gün bundan öncə (Bayaram tədbiri) zamanı maraqlı bir məqəm yaşanıb. Uzun müddət Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində rəhbər vəzifədə çalışmış Qürbət Məmmədov yaş həddinə görə vəzifəsindən kənarlaşsada işsizlikdən əziyyət çəkən şəhər əhalisinin haqqı olan iş yerlərini məşğul edir. Belə ki, Qürbət Məmmədov yaşhəddinə görə  vəzifəsindən uzaqlaşdırıldıqdan sonra  Mingəçevir şəhər icra hakimiyyətinin Yaşıllaşdırma və Sanitar Təmizıik idarəsinə işləməyə başalyıbdı. Bizə verilən məlumat da oda bildirilir ki, 65 yaşı bir neçə ilə öncə tamam olmuş şəxs dövlətdə işləməkdən əlçəmir. İndi…

Read More

Yevlaxın Qarxun kəndi yaxınlığından keçən dəmir yolu xəttinin üzərindəki avtomobil keçidi bağlanıb.  Bu barədə tıxacda qalan sürücülər məlumat verib. Bildirilir ki, avtomobil keçidi 1 saatdan çoxdur bağlıdır. Amma keçid bağlı olduğu müddətdə dəmiryolundan bir qatar belə keçməyib. İşə, dərsə və digər ünvana yetişmək istəyənlər keçiddə gözləmək məcburiyyətində qalıblar. Keçidin niyə bağlandığı məlum deyil. Qeyd edək ki, yolda qalanlarla dəmiryolu işçiləri arasında mübahisə yaşanıb. https://youtu.be/Q26v26U2akA?si=Uxx7JH-NRdGdsKUw

Read More

Güclü külək Mingəçevirdə ağacı xəstəxananın giriş qapıları önündə yola aşıraraq nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb. Məlumata görə hadisə gecə saatlarında xəstəxananın Güllü bağ adlanan yol dairəsindən giriş istiqamətində baş verib. Ağacın yola aşaraq əsas yolu bağlaması avtomobillərin hərəkətini məhdudlaşdırıb. Xüsusilə də xəstəxanadan və geriyə hərəkət edən təcili yardım maşınları çətinlik yaşayıb. Qeyd edək ki, bir başqa iri ağac da insanların sıx dolaşdığı park ərazisinə düşüb. Ehtiram Muradov

Read More

Qədiroğlu marketlər şəbəkəsinin Mingəçevir şəhər AzDRES qəsəbəsi Naxçıvan küçəsində yerləşən marketə məxsus olan dəmir zibil qablarının içərisində olan tullantılar yandırılıb. Videonu göndərən şikayətçi bildirir ki, bu hal tez-tez yaşanır. Yaxınlıqda yaşayış binaları var. Buradan yayılan iy-qoxudan evimizin eyvanına çıxa bilmirik. 24xeber.az olaraq sözü gedən videonu təqdim edirik. https://youtu.be/bJK3RKGsHx4?si=lnAi8-Z3zeG7yPGv

Read More

Müasir Mingəçevirin yaşayan arxiv fotoqrafı kimi tanınan mətbuat işçisi dünyasını dəyişib. Məlumatına görə tanınmış fotoqraf və mətbuat işçisi İslam Şirinov 72 yaşında dünaysını dəyişib. Qeyd edək ki, ən son olaraq şəhər İcra Hakimiyyətinin “Mingəçevir” qəzetində çalışan ustad sənətkar şəhərin mətbuat tarixində önəmli xidməti və izi olan şəxslərdən biri olub. Mingəçevirin tarixi,  quruculuğu, birinci Qarabağ müharibəsindəki döyüşlərin iştirakçıları, hər iki müharibənin şəhidləri və digər mədəni-iqtisadi yenilikləri əks etdirən fotoları ilə mətbuat səhifələrinə öz layiqli damğasını vurub. Oxşar mövzularda təşkil edilən bir neçə foto sərgilərə müəlliflik edib.

Read More