Author: Redaktor

Qədiroğlu marketlər şəbəkəsinin Mingəçevir şəhər AzDRES qəsəbəsi Naxçıvan küçəsində yerləşən marketə məxsus olan dəmir zibil qablarının içərisində olan tullantılar yandırılıb. Videonu göndərən şikayətçi bildirir ki, bu hal tez-tez yaşanır. Yaxınlıqda yaşayış binaları var. Buradan yayılan iy-qoxudan evimizin eyvanına çıxa bilmirik. 24xeber.az olaraq sözü gedən videonu təqdim edirik. https://youtu.be/bJK3RKGsHx4?si=lnAi8-Z3zeG7yPGv

Read More

Müasir Mingəçevirin yaşayan arxiv fotoqrafı kimi tanınan mətbuat işçisi dünyasını dəyişib. Məlumatına görə tanınmış fotoqraf və mətbuat işçisi İslam Şirinov 72 yaşında dünaysını dəyişib. Qeyd edək ki, ən son olaraq şəhər İcra Hakimiyyətinin “Mingəçevir” qəzetində çalışan ustad sənətkar şəhərin mətbuat tarixində önəmli xidməti və izi olan şəxslərdən biri olub. Mingəçevirin tarixi,  quruculuğu, birinci Qarabağ müharibəsindəki döyüşlərin iştirakçıları, hər iki müharibənin şəhidləri və digər mədəni-iqtisadi yenilikləri əks etdirən fotoları ilə mətbuat səhifələrinə öz layiqli damğasını vurub. Oxşar mövzularda təşkil edilən bir neçə foto sərgilərə müəlliflik edib.

Read More

Kanalizasiya xətləri və su boruları çəkilib, amma qazılan ərazilər bərpa olunmadığından xüsusilə də yağışlı havalar küçəni keçilməz edir. Söhbət Mingəçevir şəhərinin Nəsimi və Qaçaq Nəbi küçələri sakinlərinin müraciətindən gedir. Ərazi sakinlərinin söylədiyinə görə kanalizasiya və su xətlərinin yenidən qurulması ilə bağlı işlər yekunlaşsa da asfaltlanma işləri hələ də icra edilməyib. Uşaqlar və yaşlılar üçün küçədə dözülməz şərait yaranıb. Qeyd edək ki, analoji işlər Mingəçevirdə bir neçə tender qalibi olan “North West Construction” şirkəti tərəfindən aparılır. Şirkətlə əlaqə saxlamağa çalışsaq da mümkün olmadı. Şirkətə məxsus olan web sayt işləmir. Qurumun sosial şəbəkələrdə olan hesablarında qeyd edilən +994124048822 telefon nömrəsi ilə isə…

Read More

İdarəetmədən çıxan minik avtomobili əvvəl işıq dirəyinə çırpılıb, daha sonra isə yaşıllıq zolağına girərək ağacları məhv edib. Məlumata görə, hadisə Mingəçevirin Heydər Əliyev prospektində, Sənaye Parkının yaxınlığında baş verib. Belə ki, İdarəetmədən çıxan “BMW” markalı avtomobil işıq dirəyinə çırpılaraq onu yararsız vəziyyətə salıb. Daha sonra yaşıllıq zolağına girərək bir neçə ağacı məhv edib. Avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən sürücü xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır. Ehtiram Muradov

Read More

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb. Bu barədə Telegram kanallarında məlumat verilib. Məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.

Read More

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir Niftəliyev Fazil Səbzəli oğlu 18 mart 2024-cü il tarixdə vəfat etmişdir. Fazil Niftəliyev 1937-ci il sentyabr ayının 15-də Ağdaş rayonunun Hüşün kəndində anadan olmuşdur. 1947-1957-ci illərdə Ağdaş rayon Kükəl kənd orta məktəbində təhsil almışdır. 1958-1961-ci illərdə Leninqrad vilayətində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Fazil Niftəliyev hərbi xidmətdən sonra ÜİLKGİ-nin 50 illiyi adına Mingəçevir Toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır. 1962-1968-ci illərdə Mingəçevir Toxuculuq kombinatında keyfiyyət yoxlayıcısı, usta köməkçisi, usta, sex rəisi vəzifələrində çalışmışdır. 1964-1967-ci illərdə Kirovabad (indiki Gəncə) Yüngül Sənaye Texnikumu Mingəçevir filialının Axşam şöbəsində təhsil alaraq texnik-texnoloq ixtisasına yiyələnmişdir. 1969-1975-ci illərdə…

Read More

Ölkə başçısı İlham Əliyev tərəfindən 2023-cü il Heydər Əliyev ili elan edildi. Heydər Əliyev ili ilə bağlı il ərzində bütün ölkə üzrə hər bir idarə,müəssisə təşkilatlar tərəfindən ulu öndərin həyat və fəaliyyətindən bəhs edən tədbirlər həyata keçirildi. Tədbirlərdə xüsusi fəallığı ilə seçilən rəhbər şəxslərin medalla təltif edilməsi ilə bağlı <span;>ölkə başçısı sərəncam imzalayıb. İmzalanan sərəncamla üç nəfər Mingəçevirlidi. Onlardan biri isə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynovdu. Bizdə 24xeber.az olaraq Təhməsib Hüseynovu təbrik edir, uğurlarının davamını diləyirik.

Read More

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak edirdi. Şura iclasının gündəliyinə müzakirə üçün 3 məsələ çıxarılmışdı: 1. “Şəhərin işıqlanma sisteminin mövcud vəziyyəti haqqında “İşıqlanma” idarəsinin hesabatı”. 2. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Mingəçevir şəhərinə aid bəndlərinin icra vəziyyəti haqqında”, 3. “Şəhər Mərkəzi xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar əhaliyə göstərilən tibbi xidmətin təşkili barədə “Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru F.Abdullayevin hesabatı”. Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi. Sonda icra başçısı ötən il H.Əliyev ili ilə bağlı il ərzində…

Read More

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Novruz bayramı münasibəti ilə mingəçevirlilərə təbriki NOVRUZ BAYRAMINIZ MÜBARƏK Hörmətli mingəçevirlilər! Əziz dostlar, şəhid ailələrinin üzvləri, şəhərimizdə məskunlaşan keçmiş məcburi köçkün bacı və qardaşlarımız! Qarşıdan xalqımızın qədim və sevimli bayramlarından biri olan Novruz bayramı gəlir. Novruzun gəlişi qəlbimizdə sevinc və fərəh hissi yaradır. Çox fərəhli, şərəfli haldır ki, bu il Novruz bayramımız müzəffər ali baş komandan cənab prezident İlham Əliyevin, müzəffər ordumuzun işğaldan azad etdiyi, bu gün sürətlə yenidən qurulan doğma diyarımızın bölgələrində də qeyd edilir. Sizləri bu əziz milli bayram münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, xöşbəxtlik, sevinc və səadət arzu…

Read More

Novruz bayramı münasibəti ilə Mingəçevirdə yüzlərlə şəhər sakininin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib. Hər gün böyüyəyərək abadlaşan, gözəlləşən Nur şəhəri bayram libasına bürünüb. Xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə Mingəçevirdə ümumşəhər bayram tədbiri keçirilib. Novruzun gəlişini tərənnüm edən plakatlarla bəzədilmiş Səməd Vurğun meydanında keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib. Şəhərin tanınmış incəsənət ustalarının, muğam ifaçılarının, uşaq yaradıcılıq mərkəzinin, dram teatırın və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən…

Read More