Author: Redaktor

20 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının Milli İdarəçilik Kursunun iştirakçıları ilə görüşüb. Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib. Bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətləri və yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Neft və neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb. Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında insan resursları…

Read More

16-17 noyabr 2023-cü il tarixlərində Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Samir Rəsulovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib. Səfər çərçivəsində ETX ilə Qazaxıstanın Dövlət Texniki Xidməti informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalayıb. Anlaşma Memorandumu tərəflər arasında informasiya təhlükəsizliyi sahəsində, xüsusilə insidentlərə cavab tədbirləri baxımından əməkdaşlıq və qarşılıqlı fəaliyyətin çərçivələrini müəyyən edir. Anlaşma Memorandumunun imzalanma mərasimində Samir Rəsulov bildirib ki, mövcud kibertəhlükələrə qarşı mübarizəyə dair qabaqcıl təcrübənin öyrənilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi hər iki ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Səfər çərçivəsində nümayəndə heyətinin iştirakı ilə həmçinin Qazaxıstanın Milli Kompüter İnsidentlərinə qarşı…

Read More

Bu gün Azərbaycanda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi çərçivəsində Ticarət üzrə İşçi Qrupunun 18-ci iclası keçirilib. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib. Tədbirdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, iclas Mərkəzi Asiyada 2030-cu ilə qədər olan dövr üçün Dayanıqlı İnkişaf Gündəliyinin əsas spektrlərini əhatə edir. S.Bəşirli ölkəmizdə ticarətin inkişafı istiqamətində atılan addımlar, tranzit-logistika potensialının artırılması, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yüksəldilməsi məqsədilə gömrük prosedurlarının rəqəmsallaşdırılması və sadələşdirilməsi istiqamətində islahatlar barədə məlumat verib. SPECA Ticarət üzrə İşçi Qrupunun sədri, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın sədrliyi…

Read More

Mingəçevir şəhər 20 saylı tam orta məktəbdə  tələbələr soyuqdan donur. Məktəbdə  direktorun kabinetinin və bir neçə otaqların istiliyi olduğu halda, sinif otaqlarında istilik yoxdur. Bu sözləri Mingəçevir şəhər sakini jurnalist Murad Rza oğlu öz “Facebook” sosial şəbəkə səhifəsindən paylaşıb. Sitat: Məktəbə qaz borusunun çəkilişi iki il olar ki, həyata keçirilib, amma boru qaza həsrət qalıb,qazın buraxılması sanki  tilsimlənib. Məktəbdə İstiliyin təmin olunmasında istifadə olunan mazuta qənaət edən qurum yalnız direktorun kabinetinin istiliklə təmin olunmasına xidmət edir. Uşaqaları o məktəbdə təhsil alan günəşli yaşayış massivinin sakinləri, buyur bu barədə fikirlərinizi bildirin. Elchin Kerimov işləmək lazımdır. Bilirəm indi yazacaqsınız ki, işləyirsiniz. Amma…

Read More

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan SİA-ya verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən “Sabko” MMC-yə məxsus anbarda yoxlama keçirilib. Keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya…

Read More