Bu gün Mingəçevir şəhər Nizami Gəncəvi adına 8 nömrəli orta məktəbdə hadisə baş veribdi.
Belə ki, 11-ci sinif şagirdi məktəbin 2-ci mərtəbəsindən yıxılıb. İlkin məlumata görə Şagird baş beyin travması alıbdı. Xəsarət alan Abbaslı Əli Bəylər oğludu halhazırda Mingəçevir şəhər xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.
Bizə daxil olan məlumata görə xəsarət almış şagird Mingəçevir şəhər xəstəxanasının uşaq reanimasiya şöbəsinə yerləşdirilibdi. Məlumatlı mənbə onu da bildirir ki, uşağın yerləşdirildiyi reanimasiya şöbəsinin şöbə müdiri Sevinc hadisənin baş verdiyo 8 nömrəli orta məktəbin direktoru Aysel Xəlilovanın baldızıdı.