Saytımıza müraciət edən Mingəçevir şəhər sakinləri Niftəliyev Samir və Yusifov Rövşən 2006-cı ildə Yevlax rayon Havarlı kənd bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi aldıq. Bu illər ərzində çətinliklə də olsa yaşamağımız üçün ev tikdik. Fərdi yaşayış evinə aid olan daşınmaz əmlakın dövlət reisteri xidməti tərəfindən verilmiş çıxarışımızda var.
Lakin 2017-ci ildən Mingəçevir şəhərində natarius işləyən Hidayət Rzayev həyatımızı cəhənnəmə çevirib. Hidayət Rzayev iddia edir ki, torpaq sahəsi ona məxsusdu.
Əslində isə sözü gedən toraq sahəsi haqqında Hidayət Rzayevdə heçbir dövlət sənədi yoxdu.
Mingəçevir layhə təqdiqat idarəsinin rəisi Arif Rəsulov və həmin taqdiqat idarəsinin mühəndisi Şilyan Abbasov tərəfindən keçirilmiş ekispertizada həmin torpaq sahəsi barəsində Hidayət Rzayevdə dövlət aktı,şəhadətma çıxarışı və ölçü planı olmadığl və ümumiyyətlə o, torpağa aid heçbir sənədi yoxdu.
Məsələ ilə bağlı 15 may 2019-ci il tarixində Mingəçevir şəhər məhkəməsi və həmin ilin iyun ayında Şəkil apelasiya məhkənəsi və eyni ilin dekabr ayında Ali Məhkəmədə keçirilmiş məhkəmə iclasında, məhkəmə bizim xeyirimizə qərar çıxarıb.
Lakin buna baxmayaraq Şəki inzibati məhkəməsinin hakimi İlqar Cabbarov yenidən ekispertiza təyin etdi. Bu dafə isə Mingəçevir layihə idarəsinin mühəndisi bizim işimizə qərəzli yanaşdı. Birinci ekispertizadan tam fərqli olaraq əks fikirlər yazdı. Buradan aydın görsənir ki, işə qərəzli baxılmışdı. Şəki inzibatı məhkəməsinin hakimi bizə verilən torpağın kənd təsərüfatı təyinatlı yer olduğunu bildirərək dövlətin bizə verdiyi çıxarışı ləğv etdi. Lakin həmin ərazidə yüzlərlə çıxarışı olan evlər var. Biz ailəmizlə həmin evdə yaşayırıq. Amma Mingəçevir şəhər natariusun rəhbəri Hidayət Rzayev bizə evdə yaşamağa imkan vermir.
Bundan sonra Mingəçevir şəhər məhkəməsinin hakimi Neymət Paşayev evimizin sökülməsinə qərar verdi. Artıq cana doymuşuq. Ailə üzvlərim və biz sitres içində yaşayırıq. Biz dövlətimizə sadiq və tam hüquqlu zəhmətkeş Azərbaycan vətəndaşlarıyıq.
Sonda ölkə başçısına İlham Əliyevə və 1-vitse vitse Prezidentimiz Mehriban xanım Əliyevaya müraciət edirik.
Cənab Prezident Şəki inzibatı məhkəməsinin hakimi bizi evsiz qoyur. Ailəmiz Balalarımız çöllərdə qalacaq..