Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək , dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verərik.
Hər bir azərbaycanlı vətəninizin mülki əsgəridi. İstər birinci Qarabağ müharibəsi zamanı istərsə də 44 günlük müharibə zamanı ölkə vətəndaşları vətən yolunda əlindən gələni əsirgəmədi.
Vətən dedikdə azərbaycanlılar üçün dəyişən yalnız zamandı. Bizim xalq qəhramanlarını heç zaman unutmur və daima onların xatirəsini əziz tutur.
Onlarda biridə Mingəçevir İES-in rəhbəri Təhmasib Hüseynovdur . Belə ki, T. Hüseynov şəhərdə keçirilən xeyriyyə tədbirlərində daim öndə olubdu. Etdiyi bir yardımlar zamanı adının çəkilməsini istəməyən idarə rəhbəri haqqında maraqlı məqam haqqında redaksiyamıza məktub ünvanlanıbdı.
Məktubda bildirilir ki, Mingəçevir İstilik Elektrik stansiyasının rəhbəri Təhmasib Hüseynov öz şəxsi maddi vəsaiti hesabına şəhərin AzDres qəsəbəsi Abdulla Şaiq küçəsində birinci Qarabağ müharibəsi zamanı qəhramancasına şəhid olmuş İsmayılov Yalçın Azad oğlunun xatirəsinin əziz tutaraq adına xatirə ehsan bulağı inşa etdirmişdi.
Bulağın açılışı zamanı T.Hüseynov Şəhid İsmayılov Yalçının keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
Bizdə öz növbəmizdə Şəhidimizin xatirəsini əziz tutduğu üçün Təhməsib Hüseynova dərindən minnətdarlığımızı bildiririk.
Bu kimi şəxslər vətənə çox gərəkdi.