<span;>Elimizə Novruz Gəlir
Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı !Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi “Ümumxalq Novruz” şənliyi ilə bağlı sakinlərə və şəhərimizin qonaqlarına əsl bayram əhval-ruhiyyəsi yaşatmaq, rəngarəng və yaddaqalan şəkildə qeyd olunması məqsədilə Novruz Bayramının atributları olan Bahar qızı, səməni, şəkərbura, paxlavaya aid bannerlərin, plakatların, maketlərin Mingəçevir şəhəri ərazisində quraşdırılması işlərini davam etdirir.
Novruz Bayramı – 2024” tədbirinə sayılı günlər qalıb. Mingəçevir şəhəri bayram tədbirlərinə fəal şəkildə hazırlaşır. Ənənəvi olaraq, Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mütəxəssisləri rəmzi səməni və digər novruz atributları ilə şəhərimizin prospekt və küçələrini rəngli neon lampaları ilə bəzəyirlər.
<span;>Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mətbuat Xidməti