Mingəçevir şəhərini “zoo park”-a çevirən kimlərdi?
Uzun bir zamandır ki, sosial şəbəkələrdə Mingəçevir şəhərinin küçələrinin küçə itlərinin işğalına məruz qalması haqqında paylaşımlar edilir. Mingəçevir şəhər icra hakimiyyəti isə yalnız açıqlamalar verməklə yetinir. Məsələ ilə bağlı tədbirlərin görülməsi ilə bağlı isə yalnız gələcək zamanlarda nələrinsə olacağı haqqında sözlər verilir..
Artıq son bir neçə gündür ki, şəhərin müxtəlif küçələrində sahibsiz atlara rast gəlinir.
Bu isə ilk növbədə insanların həyatına təhlükədir. İkinci məsələ isə vəhşi heyvanlar şəhərdə görülən abadlıq işlərinə də ziyan vururlar. Şəhərin abadlaşdırılmasına görə dövlət vəsaiti hesabına alınan yaşıllıq və gül çiçəklər sahibsiz atlar tərəfindən məhv edilə bilər.
Tədbirlərdə, vətəndaş qəbullarında şəhərin gözəlliyindən və şəhərdə görülən abadlıq işlərində ağızdolusu danışan Mingəçevir şəhər icra başçısı İlham İsmayılov bu haqqda nə açıqlama verəcək?