Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak edirdi. Şura iclasının gündəliyinə müzakirə üçün 3 məsələ çıxarılmışdı: 1. “Şəhərin işıqlanma sisteminin mövcud vəziyyəti haqqında “İşıqlanma” idarəsinin hesabatı”. 2. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Mingəçevir şəhərinə aid bəndlərinin icra vəziyyəti haqqında”, 3. “Şəhər Mərkəzi xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar əhaliyə göstərilən tibbi xidmətin təşkili barədə “Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru F.Abdullayevin hesabatı”.
Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.
Sonda icra başçısı ötən il H.Əliyev ili ilə bağlı il ərzində bütün ölkə üzrə hər bir idarə,müəssisə təşkilat tərəfindən ulu öndərin həyat və fəaliyyətindən bəhs edən tədbirlər həyata keçirildiyini bildirib. Bunula bağlı ölkə prezidentinin sərəncamı ilə mingəçevirdən 3 nəfər yubiley medalı ilə təltif olunub. Mingəçevir icra Hakimiyətinin başçısı İlham İsmayılov,Tibb kollecinin müdiri Fikrət Zeynalov,Təhmasib Hüseynov “Azərbaycan İES” MMC-nin direktoru yubiley medalına layiq görülüblər. Təbriklər!