Author: Redaktor

Mingəçevirdə Vətən müharibəsi iştirakçısı intihar edib. 24xeber.az xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsi 23 ünvanında baş verib. Belə ki, 1997-ci il təvəllüdlü 44 günlük Vətən müharibəsi iştirakçısı Hacıyev Mircavad Hidayət oğlu yaşadığı evdə özünü asaraq öldürüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More

“Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyası böyük olsa da, səmərəsizdir”. 24xeber.az-ın məlumatına əsasən, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın sədrliyi ilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan İES-də əlavə turbinlərin quraşdırılması nəzərdə tutulur. “Bu turbinlər istifadəyə verildikdən sonra 100 milyon kubmetr qaza qənaət ediləcək”, – deyə Elnur Soltanov bildirib.

Read More

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib. Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.

Read More

Mingəçevirdə “qəbirsanlıq” baxımsız vəziyyətdədi – VİDEO Mingəçevir şəhər Aydın Məmmədov küçəsin də yerləşən şəhər əhalisi arasında “kənd qəbirsanlığı” kimi tanınan qəbirsanlıq baxımsız vəziyyətdədi. Şikayətçi şəhər sakini çəkib göndərdiyi videoda bildirir ki, əzizlərinin uyuduğu yeri bir metirə yaxın ot basıb. Nəzərinizə çatdıraq ki, qəbirsanlıq yaşayış yerinə yaxındı və yaz ayının gəlişi ilə sürərnlər qış yuxusundan ayılır bu isə öz növbəsində ətrafda yaşayanların həyatı üçün təhlükə yaradır. 24xeber.az olaraq sözü gedən videonu təqdim edirik. https://youtu.be/w9CQRCXTZdk?si=x_eNf-fwlBXMPYi7

Read More

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bir müddət bundan əvvəl Ruslan Rzayev adlı dostunu Quba-Xaçmaz Regional Təhsil İdarəsinə məsul vəzifəyə təyin etdi. ”Yeni Gundem”-in məlumatına görə, təhsillə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan bu şəxsin təhsil idarəsinə işə götürərək təhsilə “böyük qatqı”qatan Coşqun Əliyevin sözügedən bu dostu isə buna qədər süd məhsullarının emalı və satışı ilə məşhurlaşıb. Uzun illərin dostluğu və xətir-hörmətinə olan sədaqəti isə Coşqun Əliyevin onu bu məsul vəzifəyə təyin etməsinə səbəb olub. Dost belə olar! Teodor Ruzveltin belə bir sözü var. “Təhsilsiz birisi ən çoxu bir vaqonu,universitet məzunu isə bütöv dəmir yolunu oğurlaya bilər.” Ruzveltin bu məsəlini bilirsiz…

Read More

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işləri şəhərin H.Əliyev pr. və Samux küçəsində 200 ədəd ağac əkiblər. Əraziyə gətirilmiş ağaclar əsasən çinar,sərv və şamlardan ibarət olub. İdarənin rəisi Tahir Abdullayev bildirib ki,İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, parklar quru ot və alaqlardan təmizlənir, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib. İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və…

Read More

Mingəçevirdə yol qəzası olub. Məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. “Hyundai” markalı maşın “Toyota Land Cruiser” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Land Cruiser” aşıb. Hadisə nəticəsində yaralananlar var. Faktla bağlı araşdırma başlanıb.

Read More

Mingəçevirdə Mənzil Kommunal Təsərrüfatı Kombinatının rəhbəri Vidadi Şərifov insanlar arasında narazılıq yaradır. Şəhərin digər yerlərdən fəqli olaraq olaraq AzQres qəsəbəsində Regional Elektrik stansiyasından çıxan isti su uzun illərdi ki, qəsəbə sakinlərinə verilirdi. Məhs buna görə idi ki, uzun illər qəsəbə sakinləri kombi və digər əlavə xərc yaradacaq istilik sistemlərindən istifadə etməmişdilər. Amma təssüflər olsun ki, son zamanlar qəsəbənin Mənzil Kommunal Təsərrüfatı Kombinatının rəhbəri vəzifəsinə Vidadi Şərifov gətirildikdən sonra qəsəbə sakinləri isti su üzünə həsrət qalıblar. Saytımıza qəsəbə sakinləri tərəfindən saysız hesabsız şikayətlər daxil olduqdan sonra 24xeber.az olaraq məsələni araşdırmaq qərarına gəldik. Araşdırmamızdan sonra məlum oldu ki, uzun illərdi qəsəbə də…

Read More