Mingəçevir şəhər İcra hakimiyyətinə işsizliklə bağlı müraciət etdikdə vətəndaşlara müraciət etdikdə “DOST” agentliyinə müraciət etmək məsləhət bilinir. Amma bir neçə gün bundan öncə (Bayaram tədbiri) zamanı maraqlı bir məqəm yaşanıb. Uzun müddət Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində rəhbər vəzifədə çalışmış Qürbət Məmmədov yaş həddinə görə vəzifəsindən kənarlaşsada işsizlikdən əziyyət çəkən şəhər əhalisinin haqqı olan iş yerlərini məşğul edir.
Belə ki, Qürbət Məmmədov yaşhəddinə görə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Mingəçevir şəhər icra hakimiyyətinin Yaşıllaşdırma və Sanitar Təmizıik idarəsinə işləməyə başalyıbdı. Bizə verilən məlumat da oda bildirilir ki, 65 yaşı bir neçə ilə öncə tamam olmuş şəxs dövlətdə işləməkdən əlçəmir. İndi isə yaşı 70-ə yaxın olan şəxs, yuxarıda da qeyd etdiyimiz kimi Novruz bayramı tədbirində Mingəçevir şəhər icra başçısı İlham İsmayılova yaxınlaşaraq mart ayının sonunda növbəti müqaviləsinin vaxtının bitəcəyini və hal-hazırda çalışdığı Yaşıllaşdırma və Sanitan Təmizlik idarəsindəki işindən uzaqlaşdırılaşdırılmamağı xahiş edib. İcra başçısı isə bu haqqda YSTİ-rəhbəri Tahir adlı şəxsə deyəcəyini bildirib.
Maraqlı məqam budur ki, uzun müddət şəhərdə müxtəlif vəzifələrdə çalışmış Q.Məmmədov işdən çıxmaq istəmir 70-ə yaxın yaşı olan şəxs dövlətin ona ayırdığı təqaüdü alaraq yaşının bu çağında rahat istirəhət edə bilər.
İcra başçısı Cənab İlham İsmayılov 70-ə yaxın yaşı olan şəxsin işdə qalması yönündə göstəriş versə, İcra başçısı dövlətin yürütdüyü “Gənclər siyasətinə” də qarşı çıxmış olacaq.
Mingəçevirdə onlarla gənclər var ki, Qürbət Məmmədovdan gənc və perespektivlidirlər. Amma yaşının çox olmasına baxmayaraq hələdə vəzifədən əlçəkmək istəmədiyindən gənclər işsiz qalıbdı..