Yevlaxın Qarxun kəndi yaxınlığından keçən dəmir yolu xəttinin üzərindəki avtomobil keçidi bağlanıb.
Bu barədə tıxacda qalan sürücülər məlumat verib.
Bildirilir ki, avtomobil keçidi 1 saatdan çoxdur bağlıdır. Amma keçid bağlı olduğu müddətdə dəmiryolundan bir qatar belə keçməyib.
İşə, dərsə və digər ünvana yetişmək istəyənlər keçiddə gözləmək məcburiyyətində qalıblar.
Keçidin niyə bağlandığı məlum deyil.
Qeyd edək ki, yolda qalanlarla dəmiryolu işçiləri arasında mübahisə yaşanıb.