Mingəçevirdə Mənzil Kommunal Təsərrüfatı Kombinatının rəhbəri Vidadi Şərifov insanlar arasında narazılıq yaradır.
Şəhərin digər yerlərdən fəqli olaraq olaraq AzQres qəsəbəsində Regional Elektrik stansiyasından çıxan isti su uzun illərdi ki, qəsəbə sakinlərinə verilirdi. Məhs buna görə idi ki, uzun illər qəsəbə sakinləri kombi və digər əlavə xərc yaradacaq istilik sistemlərindən istifadə etməmişdilər. Amma təssüflər olsun ki, son zamanlar qəsəbənin Mənzil Kommunal Təsərrüfatı Kombinatının rəhbəri vəzifəsinə Vidadi Şərifov gətirildikdən sonra qəsəbə sakinləri isti su üzünə həsrət qalıblar.
Saytımıza qəsəbə sakinləri tərəfindən saysız hesabsız şikayətlər daxil olduqdan sonra 24xeber.az olaraq məsələni araşdırmaq qərarına gəldik.
Araşdırmamızdan sonra məlum oldu ki, uzun illərdi qəsəbə də mənzillərə verilmiş olan isti su Mənzil Kommunal Təsərrüfatı Kombinatının rəhbəri Vidadi Şərifov tərəfindən qəsəbədə yerləşən “avtoyuma” və “kafe və restoranlara” satılır.
Apardığımız araşdırmadan sonra oda məlum oldu ki, avtoyuma və kafelərə verilən isti suyun qarşılığında ödəniş alınır. Amma bir məsələ də var ki, sahibkarlardan verilən isti su üçün ödəniş alınsada evlərinə su qalxmayan əhali arasında fikir ayrılığı yaranır və əhali şikayət edərkən sual edirlər ki, bu məsələdən Mingəçevir şəhər icra başçısının xəbəri yoxdu? Bizdə Mingəçevir Şəhər İcra başçısı Cənab İlham İsmayılova səslənirik. Cənab başçıs şəhərdə idarə müdirləri etdikləri hərəkətlər insanlar arasında narazılıq yaradır..
2 Şərh
Yalan danışmayın.hər gün o qəsəbədə olan insan kimi deyə bilərəm ki,orda isdi su var.bunun da əyani şahidiyəm.yalan məlumatlarla kombinatın rəhbərliyini pisləməyin.
Dur…..