31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinə – 2024-ə sayılı günlər qalıb. Mingəçevir şəhəri bayram tədbirlərinə fəal şəkildə bəzənməyə başlayıb. Ənənəvi olaraq, Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mütəxəssisləri və əməkdaşları sakinlərdə və şəhərimizin qonaqlarında bayram əhval-ruhiyyəsi yaratmaq məqsədilə 11 metr hündürlüyündə rəmzi yolka ağacının quraşdırılması və bəzədilməsi işlərinə başlamışdır.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mətbuat Xidməti