18.04.2024-cü il tarixdə Mingəçevir şəhər Heydər Əliyev mərkəzində Mingəçevir Mədəniyyət işçilərinin Həmkarlarının iclası keçirilib. Təssüflər ki, Mədəniyyət işçilərin narazılığına baxmayaraq Leyla Məmmədova komitənin sədri “seçilib”, konkret desək, Bakıdan gələn nümayəndə Telman Yusifov utanmazcasına onu təyin edib.Eyni tapşırıq Yevlaxda da icra olunub.
Güman edirəm ki, bu özbaşınalığa Mədəniyyət Nazirliyi , Həmkarlar İttifaqı və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi obyektiv yanaşaraq, işçilərin haqlı narazılığını nəzərə alacaqlar!
İndi isə müraciət formatında olan bilgiləri , xahişləri və tələbləri İctimaiyyətin diqqətinə çatdırıram !
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi cənab Aydın Bəşirova.
Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli Onbir illk uşaq musiqi məktəbi, Bülbül adına 2 nömrəli uşaq musiqi,Şəhid F.Qasımov adına İncəsənət uşaq musiqi məktəbi Mədəniyyət İşçiləri Həmkarları tərəfindən MÜRACİƏT
Yazıb sizə məlumat veririk ki,bu gün(18 aprel 2024) Mingəçevir şəhərində
Həmkarların İttifaqının iclası keçirilib.İclasda problemlər qaldırılsa da,Bakı şəhərində gəlmiş nümayəndə bizlərə danışmağa belə söz ixtiyarı vermədi.İclasa başlar- başlamamaz Leyla xanımı təbrik etdi. Bizlərə danışmaq və seçmək hüququ belə verilmədi. 500 nəfərdən artıq həmkarı olan musiqi məktəblərinin ,nümayəndələrinin səsləri, konstitusion hüquqları kobudcacına pozuldu. Həmkarlar komitəsinə bir -neçə namizəd irəli sürülsə də, biz Mədəniyyət İşçilərinin hüquqları tapdalanaraq sədr əvəzi Məmmədova Leyla yenidən komitə sədri vəzifəsinə təyin olundu.
Yazıb sizdən xahiş edirik ki, Mingəçevir şəhər Mədəniyyət İşçilərinin səsinə -səs verəsiniz və yenidən sədrin seçilməsini təmin edəsiniz.
İxtiyar Həsənli