Müasir Mingəçevirin yaşayan arxiv fotoqrafı kimi tanınan mətbuat işçisi dünyasını dəyişib.
Qeyd edək ki, ən son olaraq şəhər İcra Hakimiyyətinin “Mingəçevir” qəzetində çalışan ustad sənətkar şəhərin mətbuat tarixində önəmli xidməti və izi olan şəxslərdən biri olub. Mingəçevirin tarixi, quruculuğu, birinci Qarabağ müharibəsindəki döyüşlərin iştirakçıları, hər iki müharibənin şəhidləri və digər mədəni-iqtisadi yenilikləri əks etdirən fotoları ilə mətbuat səhifələrinə öz layiqli damğasını vurub. Oxşar mövzularda təşkil edilən bir neçə foto sərgilərə müəlliflik edib.