Author: Redaktor

Niderlandın paytaxtı Amsterdam şəhərinin ən böyük “Ziggo Dome” arenasında beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin ulduzlarının iştirakı ilə möhtəşəm “Het Grote Songfestivalfeest” qala-konserti baş tutub. Bu barədə Media.az xəbər verir. 15 min tamaşaçı qarşısında Azərbaycanı Ell & Nikki – Eldar Qasımov və Nigar Camal 2011-ci ilin mayında Düsseldorfda (Almaniya) “Eurovision” Mahnı Müsabiqəsində qalib gəldikləri “Running Scared” hitini ifa ediblər. Mahnının müəllifləri Stefan Orn, Sandra Byurman, Ien Farharsandır. “Het Grote Songfestivalfeest” gecəsində 29 ölkədən nümayəndələr iştirak edib.

Read More

UNESCO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. “Report”un əldə etdiyi məlumata görə, rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər. Qurumun bu mövqeyindən aydın görünür ki, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları UNESCO-nu maraqlandırmır. Beləliklə, UNESCO missiyası Ağdamı görməzdən gələrək Xankəndiyə səfər üçün israr etməklə öz ikili standartlarını növbəti dəfə aydın şəkildə ortaya qoyur.

Read More

“Yaxın zamanda Azərbaycana səfərim olacaq. Azərbaycanla Türkiyə arasında teatr sənətinin inkişafı ilə bağlı, eləcə də çox darıxdığım ata-baba torpaqlarımızı görməyə gedəcəyəm. Əslən azərbaycanlı olmağımla qürur duyuram”. Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Dövlət Teatrları Baş İdarəsinin rəisi Tamer Karadağlı bildirib. T.Karadağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan 3-cü Müştərək Toplantısını da dəyərləndirib. “Türkiyə ilə Azərbaycan arasında qurulan əlaqələr qarşıdakı müddətdə daha da yüksələcək. Əməkdaşlıq mübadiləsi davam edir, mədəniyyət sahəsində də həmçinin. Bu baxımdan, toplantı da çox məhsuldar keçdi”, – o vurğulayıb.

Read More

Əməkdar artist Ələkbər Əliyev sabah xəstəxanadan evə buraxılacaq. Bu barədə tanınmış aktyorun özü məlumat verib. O, dəhşətli ağrıları olduğunu qeyd edib: “Belimdə dəhşətli ağrılar var idi. Uzun illər bu xəstəlikdən əziyyət çəkmişəm. Onurğamda yırtıq var. 2010-cu ildə əməliyyat olundum. Yırtıq həmin vaxt yeddi millimetr idi.  Lakin əməliyyat o qədər də uğurlu alınmadı. Bir ilə yaxın axsadım. Əlil dərəcəsi belə almışdım. Ötən gün əməliyyat olundum. Onurğamdakı yırtıq 25 mm idi. Şükürlər olsun ki, yaxşıyam. Palataya köçürülmüşəm. Sabah xəstəxanadan çıxacağam. Ağrılarım azalıb. Yalnız yaranın yeri narahat edir. O da təbii haldır. Yeriməmdə də problem yoxdur. Ağrılardan yaxa qurtardığıma inana bilmirəm”. Aktyor səhnədən uzaqlaşması ilə bağlı…

Read More

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 24xeber.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Füzuli və Mərdanov qardaşları küçələrinin kəsişməsində 77-DH-654 dövlət nömrə nişanlı “Toyota Prius” və “Range Rover” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki avtomobilə və yol infrastrukturuna ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Read More

Tovuz rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun “ASAN xidmət” mərkəzinin önündə qeydə alınıb. Tovuz rayon sakini, 1955-ci il təvəllüdlü Surxay Nağıyevi avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Onun bud sümüyünün sındığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Read More

Sosial şəbəkələrdə yayılan videolar kök hüceyrənin nə olduğunu, eləcə də insan orqanizmi üçün hansı fəsadlara yol aça biləcəyini gündəmə gətirib. Mütəxəssislər deyirlər ki, kök hüceyrələr bədənin zədələnmiş toxumalarını bərpa etmək məqsədi daşıyır. Sümük iliyindən, piydən alınma formaları var. Bu prosedur daha çox oynaq müalicəsi və kosmetoloji sahədə istifadə olunur. Həmçinin bildirilib ki, kök hüceyrə proseduru dəri vəzi və qan problemlərində özünü doğruldub. Digər istiqamətlərdə isə kök hüceyrənin tətbiqi tədqiqat mərhələsindədir. Yəni orqanizmə verdiyi fayda tibb elmində təsdiqini tapmayıb.

Read More

Bakının Xətai rayonu, Neapol dairəsi 24 ünvanında yaşayan məcburi köçkünlər binanın hər an uçacağından ehtiyat edirlər. 60-dan çox məcburi köçkünlərin yaşadığı bina qəzalı binalar siyahısına salınsa da, sakinlər indiyədək buradan köçürülməyiblər. Onların sözlərinə görə, divarlar tökülüb, tavan çöküb. Yağış isə evin içinə dolur. Həmçinin, Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, Yavər Səfərov küçəsində 20 ailənin yaşadığı ikimərtəbəli binada da vəziyyət eynidir. İstismar müddətini başa vurmuş sözügedən binanın sakinləri də yaranmış vəziyyətdən narazıdırlar.

Read More

Xaçmaz polisinə üç ədəd sənədsiz silah təhvil verilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən üç ədəd müxtəlif növ tüfəng təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Read More