Author: Redaktor

Vətəndaşlar son günlər xarici nömrələrdən “WhatsApp” üzərindən onlara çoxsaylı mesaj və zəng gəldiyinə dair şikayətlər edirlər. Bu şikayətlərin böyük bir hissəsi sosial şəbəkələrdə paylaşılır. Paylaşımlarda müxtəlif ölkələrə aid nömrələrdən “salam, necəsiniz?” yazılaraq və ya “WhatsApp” üzərindən zəng edilərək kiberhücum cəhdləri olduğu qeyd edilir. Azərbaycan dilində rahat şəkildə danışan şəxslərin kimliyi isə mücərrəd olaraq qalır. Kiberhücumlar doğrudanmı xaricdən gəlir, yoxsa VPN proqramlarının kiberhücumlarda müəyyən payı var? İnsanlar bu kimi kiberhücumlarla mübarizədə aidiyyəti qurumların nə kimi tədbir gördüklərini bilmək istəyirlər. Hər kəsə maraqlıdır ki, bu nömrələr təsadüfən yığılır, yoxsa birbaşa hansısa bazadan götürülərək istifadə olunur? Bu hücumlara qarşı hansı addımlar atılacaq? Oxu.Az-ın…

Read More

ARB TV-nin efirində yayımlanan “Günə Son”  verilişində sahibsiz itlərlə bağlı müzakirələr aparılıb. Verilisdə vəziyyətin heç də ürəyacan olmadığı və paytaxtın bir çox yerlərində hətta parklarda belə çoxlu sayda sahibsiz itlərə rast gəlindiyi haqda danışılıb. Efirə zəng edən ana da övladının yaşadığı evin qarşısında itin hücümüna məruz qaldığını və onu dişlədiyini deyib. Verilişin aparıcısı Ülvira Qarayeva məsələ ilə bağlı yerli icra hakimiyyəti orqanlarını günahlandırıb. Bu və digər məsələlərlə bağlı İcra hakimiyyətindən acıqlama almağın Daha ətraflı video məlumatı təqdim edirik:

Read More

“İsrail dövləti çox çalışır ki, HƏMAS tərəfindən girov götürülənlər azadlığa buraxılsınar. İsrail dövlətinin çıxışlarına, dediklərinə qulaq assaq, bu müharibə heç vaxt qurtarmayacaq. Deyirlər ki, HƏMAS-ı sonuna qədər məhv edənə kimi müharibə davam edəcək”. Bunu İsraildə yaşayan azərbaycanlı Cəmil Məmmədov deyib. O qeyd edib ki, müharibə sonluğa doğru getməkdədir. C. Məmmədov bildirib ki, kütləvi informasiya vasitələrində İsraildə insanların kütləvi şəkildə silahlandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Guya xaricdə xəbərlər yayılır ki, İsrail vətəndaşlarını silahlandırırlar, bunlar hamısı yalandır. Belə şey yoxdur burada, İsraildə bir qrup vətəndaşlar var ki, onlar həmişə silahlı idilər. Fələstinin aid olduğu torpaqların yaxınlığında bunların “paseleniya”ları var, orada…

Read More

Mingəçevir şəhər Puşkin 34 ünvanında yaşayan sakinləri yaşadıqları ərazidə olan 8 saylı uşaq bağçasının təmir adi ilə 3 ilə yaxın müddətdə bərbad vəziyyətindən şikayətçidilər. Sakinlər bildirir ki,şəhərin bağçalarını təmir adı ilə bağlayıb satırlar.Hazırda 8 saylı uşaq bağçasıda iki ildir ki,təmir adı ilə bağlanıb. Həyətində antisanitar şəriat höküm sürür. Bununla bağlı sakinlərin dedikləri videolentdə öz əksini tapıb. Aidiyəti qurumlar isə susur. Bir neçə ildən sonra şəhər sakinləri övladlarına uşaq bağçaları tapmayacaqlar. Çünki bağçalar təmir adı ilə bağlanıb satılır. https://www.youtube.com/watch?v=Tl0Hg_WK5KI

Read More

Son günlər sosial şəbəkələrsə Azərsu ASC-nin əməmdaşı barəsində bir sıra şikayətlər paylaşılmaqdadı. Belə ki, qurumun Mingəçevir şəhərində olan idarəsinin əməkdaşı fəhlələrin iş saatından sonra gedib vətəndaşın mənzilində gördüyü əlavə işə görə fəhlələrdən mənzil sahibinin verdiyi “əziyyət haqqının” bir qismini tələb etdiyi bildirilir. Apardığımız araşdırmadan sonra idarənin məslul işçisinin İmran adlı əməkdaşı olduğu məlum oldu. Bu məsələ ilə bağlı paylaşım edən Zaur Kərimli adlı vətəndaş bir müddət sonra paylaşımı silsə də məsələ ilə bağlı narahatlıq səngimək bilmir. Həttda vəziyyət o, yerə çatıb ki, yaşanan çətinliklə bağlı “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənova mürciət ünvanlanası üçün işlər görülür

Read More

Energetiklər şəhərimiz Mingəçevirdə mədəniyyət işçiləri mədəniyyətdən uzaq işlərlə məşğul olurlarmış. Dərs saatı bölgüsü və s. problemlərdən vaxtaşırı yazırıq. Haqsızlıqlar kiçik məmurları o qədər harınladıb ki,işdə eşq macəraları axtarmağa başlayıblar. Bunu elə Mingəçevirdəki adamlar deyir, sosial şəbəkələrdə də yazırlar. Söhbət Mingəçevir Şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbindən gedir. Mənbə bildirir ki,məktəbin direktoru Esmira Salamovanın müavini Vüqar Musayev hər səhər dərsə çox həvəslə gəlirmiş. Çünki eşq beyninə vurub, qadın müəllimlərdən biri ilə sevgi oyununa başlayıblar. Çox keçmir,yazışmaları,bu məsələyə aid olduğu iddia edilən video şəhəri dolaşır. Məktəbdə üç müəllimin qızıl dələduzluğu, dərs bölgüsündəki qalmaqallar və başqa mənfi işlər bu biabırçılığın fonunda arxa plana…

Read More

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq. Məlumata görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycandan olan nümunələr də var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000 – 3 000 avro arasında dəyişir. “Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) “XXXV zərif antik Şərq xalçaları və icma sənəti 4” auksionu 2 dekabr 2023-cü il, yerli vaxtla saat 16:00-da keçiriləcək. Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolunun, Şərqi Türküstanın xalçaları da var.

Read More

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfər yaradıcı adama ev verilməsinə münasibət bildirib. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu məsələnin Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur. “AYB müstəqil qurumdur və qərarlarını müstəqil şəkildə qəbul edir”, – qurumdan vurğulanıb. Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır. AYB katibi Elçin Hüseynbəyli açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.

Read More

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində “Nəsil ağacı” sənədli filminin gənclər üçün nümayişi baş tutub. Oxu.Az xəbər verir ki, “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və yüzə yaxın gənc iştirak edib. Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı nümayişin keçirilməsində verdiyi dəstəyə görə “Park Cinema” kinoteatrlar şəbəkəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində müxtəlif ali…

Read More

İranda İnqilab Məhkəməsi 2022-ci il xalq etirazlarının tərəfdarlarından olan tanınmış teatr və kino aktrisası Haniyə Təvəssulini həbs və pul cəzasına məhkum edib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, İnqilab Məhkəməsi onu “ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatlar yaymaqda” təqsirli bilərək altı ay həbs və 15 milyon tümən (607 AZN) pul cəzasına məhkum edib. Qeyd edək ki, həbs cəzasının icrası üç il müddətinə təxirə salınıb.

Read More