AFFA sabah millinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verəcək.
Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin məsələ ilə bağlı fövqəladə iclası keçiriləcək.
Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq.
İclasda millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.
AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir (report).
Federasiya prezidenti Rövnəq Abdullayev apenninli çalışdırıcı ilə işbirliyinə son verilməsinə tərəfdardır. O. bu məsələdə baş katib Sərxan Hacıyevlə həmfikirdir.
Noyabrın 19-dan – millinin Belçika ilə səfər matçından (0:5) sonra qurumun iki vəzifəli şəxsi De Byazi ilə bağlı məsləhətləşmə aparıb. Hacıyev onunla əməkdaşlığın bitməli olmasına dair fikirlər səsləndirib və bunu əsaslandırıb.
Baş katib çalışdırıcının həm futbolçular, həm də media ilə münasibətlərini korlamasını bildirib,
Abdullayev də öz növbəsində Brüsseldə yaşanan hadisələri neqativ hal sayıb, baş məşqçi ilə yolların ayırlmasına razılaşıb.
Elxan Məmmədov hasrdadır? AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi ötən ilin mayında Bakıdan Parisə köçsə də, indinin özündə belə, qurumun daxili işlərinə müdaxilə etmək iddiasından əl çəkməyib.
O, təsiri altında olan İcraiyyə Komitəsinin bəzi üzvləri vasitəsilə Rövnəq Abdullayevə təzyiq göstərməyə çalışır. FİFA-nın Fransadakı ofisində «yuva» quran, faktiki iş-gücü olmayan E.Məmmədov istəmir ki, AFFA-dakı rıçaqları tam əlindən çıxsın.
Məqsədi Sərxan Hacıyevi zəiflətmək, onu ictimai nüfuzdan salmaqdır.
İxraiyyə Komitəsinin bir neçə nümayəndəsinin son günlərə kimi De Byazinin lehinə fikirlər səsləndirməsi, onun qalmasından yana çıxış etməsi, əslində, federasiyanın sabiq funksionerinin demək istədikləridir. Belə deyək də, Elxan Məmmədov indi onların ağzıyla danışır.