Kanalizasiya xətləri və su boruları çəkilib, amma qazılan ərazilər bərpa olunmadığından xüsusilə də yağışlı havalar küçəni keçilməz edir.
Söhbət Mingəçevir şəhərinin Nəsimi və Qaçaq Nəbi küçələri sakinlərinin müraciətindən gedir.
Ərazi sakinlərinin söylədiyinə görə kanalizasiya və su xətlərinin yenidən qurulması ilə bağlı işlər yekunlaşsa da asfaltlanma işləri hələ də icra edilməyib.
Uşaqlar və yaşlılar üçün küçədə dözülməz şərait yaranıb. Qeyd edək ki, analoji işlər Mingəçevirdə bir neçə tender qalibi olan “North West Construction” şirkəti tərəfindən aparılır.
Şirkətlə əlaqə saxlamağa çalışsaq da mümkün olmadı.
Şirkətə məxsus olan web sayt işləmir.
Qurumun sosial şəbəkələrdə olan hesablarında qeyd edilən +994124048822 telefon nömrəsi ilə isə əlaqə yaratmaq mümkün olmadı.
Sonda yuxarıda adını qeyd etdiyimiz ünvanlarda yaşayan sakinlər Mingəçevir şəhər icra başçısı Cənab İlham İsmayılovdan məsələ ilə bağlı tapşırıqlarını verməyəni xahiş edirlər.