DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “24xeber.az”a bildirilib ki, dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.
Hadisə nəticəsində piyadalardan biri-2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Nazlı Hüseynova Füzuli rayon, İmamrza Sadıqzadə Mingəçevir şəhər sakinidir