Seçicilər saat 8-dən etibarən səsvermə məntəqəsinə gəlirlər. Məntəqələrə insan axını davam edir, seçkilərə maraq böyükdür. Hazırkı saatlara qədər vəziyyət nəzərə alınarsa, seçicilərin böyük hissəsinin seçkilərdə iştirak etdiyini deyə bilərik.
<span;>Məntəqələrdə təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülüb.
<span;>7 fevral 2024-ci il Prezident seçkiləri sıradan bir seçki deyil. Qələbəmizin, qurur seçkisinin keçirildiyi bir gündür. XX və XXI-əsrlərdə olmuş digər seçkilərdən fərqlənir bu seçki. Vətənimizin, dövlətçiliyimizin tarixinə yazılacaq bir seçkidir. 200 illik erməni və onların havadarlarının ekspansionizminə, işğalına son qoyularaq suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş, bütün ölkə ərazisində keçirilən tam bir fərqli seçkidir.
Qələbələrimizin, zəfərlərimizin siyasi müstəvidə tamamı, bu gün 7 fevralda seçki məntəqələrində olacaq.