Daxili İşlər Nazirliyi Mingəçevirdə qəza törədən “Mercedes” markalı avtomobilin sürücüsünün polis əməkdaşı olması ilə bağlı iddialara cavab verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “24xeber.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində “Mercedes” markalı avtomobilin sürücüsü Cəlal Cəfərov polis əməkdaşı deyil.
O, polis nəfəri kimi bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.