Feysbuk sosial şəbəkəsinin “Mingəçevir İctimai Nəzarət Qrupu”nda Murad Rza oğlu tərəfindən paylaşılan video süjet ilə bağlı nəzərinizə çatdırırıq ki, Nizami küçəsi 6 və 6-a binalarının sakinlərinin narazılığını öyrənmək üçün Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirildi və yaşayışçıların şikayətləri dinlənilərək cavablandırıldı.
Qeyd olunan ərazinin bir hissəsi vətəndaşlar tərəfindən tikilmiş şəxsi qarajlarının qabaq hissəsidir və piyada üçün keçid yeri mövcuddur. Ərazinin digər hissəsində yaşıllıq zolağı olub, lakin əsaslı təmir zamanı asfalt örtüyü çəkilərkən sakinlərin tələbi ilə səki daşlarının qoyulmasına icazə verilməyib ki, orada şəxsi istifadədə olan maşınlar saxlanılır. Həmin avtomobillərin əraziyə giriş-çıxışı nəticəsində yaşıllıq zolağı bərbad vəziyyətə düşüb və maşınlar torpaq örtüyündə olan palçıqla asfalta üzərinə daxil olurlar. Və bunun nəticəsində yağış yağan zaman əraziyə su yığılaraq göllənir.
“Qədiroğlu” marketin küçəyə baxan arxa hissəsində suyun göllənməsi isə iri maşınların anbara yüklərin boşaldılması ilə bağlı küçəyə daxil olması səbəbindən olmuşdur. “Qədiroğlu” şirkətinin məsul şəxsləri əraziyə dəvət olundu və əraziyə yeni asfalt örtüyünün döşənməsi ilə bağlı razılıq əldə edildi.
Nizamı küçəsi 6-a binasında kanalizasiya sistemində olan problem ilə bağlı “Su kanal” və “Azersu” ASC-nin podratçı şirkəti dəvət olundu və qısa zamanda binanın yeni kanalizasiya xəttinə qoşulması öz həllini tapacaqdır.
Son dəqiqə
- Heydər Əliyevin anadan olmasının 101 ili Mingəçevirdə coşqulu ilə qeyd edildi – FOTO – VİDEO
- Mingəçevirdə vətəndaşın evini dağıdırlar – VİDEO
- İrana casusluq edən Mingəçevir şəhər sakini saxlanıldı
- Mingəçevirli şagird imtahanda maksimum nəticə göstərdi – FOTO
- Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
- Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin rəhbər..
- Mingəçevirdə hadisə şagird xəsarət aldı..
- Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?