Azərbaycan Respublikasının
ŞİKAYƏT ƏRİZƏSİ
“Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev qondarma ittihamla məni həbs etdirməyə çalışır. Belə ki, Sizin sərəncamınıza əsasən, 17 oktyabr 2022-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı təyin edilən Natiq Nuşravan oğlu Ağayev bir müddət sonra böyük narazılıqlar yaratmağa başladı. Demək olar ki, hər gün rayon sakinlərinin haqlı şikayətləri sosial şəbəkələrdə paylaşılırdı. Xüsusən də Göyçay Çayının mühafizə zolağı yaxınlığında məskunlaşmış 100-dən çox vətəndaşın evləri sökülərək yerində “park” salınacaqdı. Mən də həmin sakinlərin problemlərini həm öz sosial şəbəkə hesablarımda paylaşır, həm də yuxarı instansiyalara yazılı ərizələr ünvanlayırdım. Məhz ona görə də N. Ağayev məni və digər ictimai fəalları susdurmaq üçün əvvəl dəfələrlə həbs olunmuş, özünü “hüquq müdafiəçisi” adlandıran Xasməmmədov Taleh Vidadi oğluna və onun həyat yoldaşı Qasımova Fatimə Mövsüm qızına havayı maaş kartları verərək bizim şərəf və ləyaqətimizi alçaldacaq yazılar paylaşmağı əmr etdi. Hətta bu iki nəfər şəxs ictimai fəallığına görə 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Elnur Rəhimlinin mərhum valideyni, yəni şəhid anası Solmaz Rəhimova barəsində təhqir və söyüşlər yazdılar. Elnur Rəhimli də xüsusi ittiham qaydasında Göyçay Rayon Məhkəməsinə müraciət etdi. Lakin, məhkənin hakimi İbrahim Fəttahov “ərizənin aşağısında Göyçay sözü yazılmayıb” deyərək iddianı rədd elədi.
Şübhəsiz ki, icra başçısının trolundan şikayət verib nəticə əldə etmək heç də asan iş deyildi.
Cəzasızlıqdan azğınlaşan Xasməmmədov Taleh Vidadi oğlu “Facebook” sosial şəbəkə hesabında özünün açdığı profillə öncə Göyçay Rayon Prokurorluğu haqqında “Göyçay prokurorsuz qalıb” – dedi. Daha sonra isə Göyçay Rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev və ümumi Azərbaycan Polisi barəsində biədəb söyüşlər, nalayiq ifadələr yazmağa başladı. Çünki arxasında “dağ” kimi icra başçısı dayanmışdı.
Beləliklə mən “Facebook” sosial şəbəkə hesabında “Məhəmmədəli Səmədov” adlı profilimlə icra başçısı Natiq Ağayevi tənqid etməyə başladım. Məsələn, videoçıxışımda “Natiq Ağayev, sən icra başçısısan, əxlaqsızlarla müdafiə olunmaq sənə yaraşmır” – dedim. Kütləvi informasiya vasitələrinə, tanınmış saytlara istinadən, “Göyçayın icra başçısı rayonda narazılıq yaradır” – kimi paylaşımlar etdim. Azərbaycan Respublikasının
Bundan əlavə, Məhəmmədəli Səmədov adlı profilimlə açdığım “Göyçaydan>Azər
Cənab Prezident! Yuxarıda qeyd etdiyim kimi, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev Azərbaycan Respublikasının
“Natiq Ağayev əxlaqsızlarla müdafiə olunur” yazıma gəldikdə isə: Onu müdafiə edən və tərifləyən Xasməmmədov Taleh Vidadi oğlunun və Qasımova Fatimə Mövsüm qızının “Facebook” sosial şəbəkə hesabında başqa-başqa şəxslərə uşaq, yaşlı, qadın demədən, hər kəsin oxuya biləcəyi iyrənc sözlər və söyüşlər yazmış olduğunu dəlil olaraq çəkib saxlamışam. Deməli bir insan sosial şəbəkələrdə açıq və biədəb söyüşlər söyürsə, o kimliyini ortaya qoyaraq əxlaqsız hesab edilir. Əgər Natiq Ağayev həmin nəfərlərə vəzifə verir, tədbirlərə dəvət olunurlar, qəbul günlərində onları başda otuzdurur, onların əli ilə özünü hər yerdə təriflədirsə, Sizcə, icra başçısı əxlaqsızlarla müdafiə olunmuş sayılmırmı?
Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm, ərizəmdə göstərdiyim faktlar tam hərtərfəli və obyektiv araşdırıb cinayət işinə xitam verilməsinə dair qərar çıxarılmasına tapşırıq verəsiniz.”