Ölkə başçısı Cənab İlham Əliyev ölkə daxili sərnişin daşımada islahatların aparılması və sərnişinlərə daha rahat və.təhlüləsiz xidmətin göstərilməsi üçün müxtəlif vaxtlarda sərncamlar imzalanmışdı. Ölkə daxili sərnişin daşınalar müvafiq qanunlarla tənzimlənir. Amma təssüflər olsun ki, qanunlara əməl etməyən bəzi sahibkarlar aşkar edilir və buda əhali arasın da haqlı narazılığa səbəb olur. Bu sahibkarlardan biri də Mingəçevir şəhərində şəhər daxili sərnişin daşınma ilə məşğul olan sahibkar Pərviz Mustafayevdir. Belə ki, Mingəçevir 12 nömrəli şəhərdaxili marşrutda daşıyıcı Mustafayev Pərviz Biləndər oğlu marşrutda fəaliyyət zamanı aşağıdakı qanunsuzluqları törədir.
1.Təyin olunmuş vaxta qədər işləməmək
12 nömrəli marşrut üçün iş vaxtı 07:00 və 23:00 təyin edilmişdir. Lakin daşıyıcı müxtəlif bəhanələrlə işi saat 19:00 da dayandırır. AYNA-nın rəsmi internet səhifəsində iş vaxtının 23:00 dək elan olunmasına baxmayaraq daşıyıcının işləmēməsinə gorə sərnişinlər arasında narazılıq yaranmışdır.
2. Əmək müqaviləsi olmadan sürücülərin işlədilməsi marşrutda işləyən Ford markalı 99-LN-152, 99-LN-156 VƏ 99-LN-158 nömrə nişanlı avtobusları idarə edən surücülərlə əmək müqaviləsi bağlanılmayıb. Sürücülərin zəhmət haqqı əlbəəl günəmuzd ödənilir..
3 .ƏMəyin təhlükəsizliyi qaydalarının pozulması və sürücülərin iş və istirahət rejiminin pozulması
Marşrut da işləyən 3 avtobusun hər birinə 2 sürücü olmaqla 6 nəfər, 1 ehtiyat avtobusa 1 nəfər olmaqla cəmi 7 nəfər sürücü ilə əmək müqaviləsi bağlanmalı və onlara maaş plastik kartla ödənilməklə digə büdcə ödənişləri yerinə yetirilməlidir. Lakin iş zamanı 6 nəfərin əvəzjnə 3 nəfər işləyir. Onlar da saat 7:00 dan 19: 00 dək 12 saat istirahətsiz avtobus idarə edirlər. Halbuki iş saatı 8 saat olmalı və onlara 1 saat nahar vaxtı da ayrılmalıdır. İş vaxtının uçotuna riayət etməklə. Lakin Pərviz Mustafayev insanları günə muzd işləməyə məcbur etməklə yanaşı onların əməyini ən azı 4 saat əlavə işlətməklə istismar edir. 12 saat avtobus idarə edən sürücünün yorğunluqdan qəza törətməməsinə və təhlükəsiz daşımalar həyata keçirməsinə kim zəmanət verə bilər?
4. Sürücülərlə əmək müqaviləsi bağlanmadığı üçün onların ödəməli olduğu əməm haqqından tutulmalı olan vergilər, o cümlədən sahibkarın ödəməli olduğu DSMF, tibbi sığorta və işsizlikdən sığorta məbləgi bedcəyə ödənilmir.
5. sürücülərlə əmək müqaviləsi bağlamayaraq onların gələcək təqüd təminatina mənfi təsir göstərir.
Biz 24xeber.az olaraq əminik ki, məsələ tərəfimizdən ictimailəşdirdikdən sonra aidiyyatı qurumlar bu sahibkar haqqında ölçü götürəcək..
3 Şərh
Goresen ne qeder rusvet almisiniz ki bu xeberi yalnis duzub qosub paylasirsiz. manitorinq aparilmamis size kim ixtiyar verib ki sayitda bele seyler paylasirsiz
Mütəmadi olaraq 12 nömrəli marşrutun xidmətindən istifadə edən bir sərnişin kimi hər zaman marşrutun gec-gec gəlməsi biz taksi xidtindən istifadə etmək məcburiyyətində qoyurdu. Lakin, son günlər istifadəyə verilən avto nəqliyyat vasitəsinin həm son dərəcə komfotlu olması, həm də bizi əvvəlki kimi gözləmək problemindən azad etdiyi üçün aidiyyatı şəxslərə təşəkkür edirik. Arzu edirik ki, digər nəqliyyat vasitələri də sərnişinlərə bunun kimi günün tələblərinə cavab verən yüksək xidmət göstərsinlər.
Ara mawurutlarlndan hansldl sat 23 00 qeder iwliyen mingecevirde 19 00dan sonra heyat sonur.meslehet gorurem sende son😁😁😁