Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovun bu gün doğum günüdür. 32 ildir taleyi naməlum olan , Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edildiyi ehtimal olunan qəhrəman Natiq Qasımovun bu gün yaşasaydı 53 yaşı olacaqdı. Lakin onun doğmaları 32 ildir Natiqin ad gününü Natiqsiz qeyd edirlər.Hələdə onun qardaşı Nofəl Qasımov qardaşının yoxluğuna inanmır. O,deyir ki,belə ad günlərinin birində Natiq gələcək… Bu gün yenə Natiqsevərlər onun xatirə bulağının qarşısına toplaşdılar. Mingəçevir Az.Dres qəsəbəsində Natiqin adına ucaldılmış xatirə bulağının önündə Natiqsiz onun növbəti 53-cü baharı qeyd edilib. Döğum günündə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, jurnalist İnqilab Şirinsoy,Qarabağ qazısı Əbülfət Babayev Natiqin qardaşı Nofəl Qasımov çıxış edərək Natiq haqqında xatirələrini bölüşüb,onun qəhrəmanlığını dilə gətiriblər.
Ziyarətçilər daha sonra Şəhidlər xiyabanına gələrək itgin düşənlərin rəmzi məzarları arasında olan Natiqin fotosunu ziyarət ediblər.
Qeyd edək ki, Natiq Qasımov 1971-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermə¬nistan silahlı birləşmələrinin Azərbaycanın su¬veren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 1992-ci il 12 martda Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamə¬tində gedən döyüşdə Ermənistan hərbçiləri tərə¬findən əsir götürülüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsə¬si uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda rusiyalı və italiyalı jur¬nalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Bu gün də Natiq Qasımovun doğmalarının gözü yoldadır.
Sonda onu da qeyd edim ki,Azərbaycan bayrağını ləyaqətlə daşıyan igidimizə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi məsələsinə Milli məclisdə nə vaxt gündəmə gələcək gününü hər kəs gözləyir.
Esmira Hidayətova,Mingəçevir.