Moskvada yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Sadovod” bazarında yanğın baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Sadovod”un ərazisi qatı boz-qara tüstüyə bürünüb:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb, 350 nəfər təxliyə edilib. Bazar yerində yanğınsöndürmə və xilasedicilər işləyir. Yanğın alış-veriş pavilyonlarında baş verib. Hazırda ziyarətçi və işçilərin təxliyəsi davam edir”.
Bildirilir ki, yanğının söndürülməsi güclü yanğın səbəbindən çətinləşib.
Qeyd edək ki, bu, “Sadovod” ərazisində baş verən ilk yanğın deyil. Bu ilin iyun ayında orada üç ticarət pavilyonu yanıb.
Son dəqiqə
- İrana casusluq edən Mingəçevir şəhər sakini saxlanıldı
- Mingəçevirli şagird imtahanda maksimum nəticə göstərdi – FOTO
- Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
- Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin rəhbər..
- Mingəçevirdə hadisə şagird xəsarət aldı..
- Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?
- Mingəçevir Sərbəst Güləş məktəbinin yetirməsi – MEDAL QAZANIB
- Mingəçevir şəhər bələdiyyə sədri, İcra başçısını və Prezidenti belə aldadır – VİDEO FAKT