Texas sakinləri İlon Maskın “SpaceX” şirkətini məhkəməyə veriblər
ABŞ-nin Texas ştatında 70-dən çox sakin “SpaceX” şirkətini məhkəməyə verib.
Xia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İddiaçılar bildiriblər ki, “Starship” raketlərinin buraxılışı və enişi zamanı yaranan güclü səs və vibrasiya “Starbase” kosmodromu yaxınlığında yerləşən evlərinə ziyan vurub.
Məhkəmə iddiası Texasın Braunsvill şəhərində federal məhkəməyə təqdim olunub. Sənəddə qeyd olunub ki, 2023-cü ilin aprelindən 2025-ci ilin oktyabrına qədər həyata keçirilən 11 sınaq uçuşu zamanı yaşayış evləri və digər əmlak zərər görüb.
İddiada vurğulanıb ki, raketlərin buraxılışı zamanı ərazi yüksək səviyyədə səs dalğalarına, vibrasiyalara və zərbə effektlərinə məruz qalıb.