İran ABŞ-yə bir ay ərzində üç məsələni həll etməyi təklif edib

IMhXaraRmjZY2MaKP118gcN95Bj7RjxmclBOtWO6_1200

İran ABŞ-yə 30 gün ərzində Hörmüz boğazının açılması, Amerika dəniz blokadasının dayandırılması, habelə İran və Livanda müharibənin tamamilə başa çatdırılmasını nəzərdə tutan saziş barədə razılığa gəlməyi təklif edib.

24Xeber.az  bildirir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid İran təklifi ilə tanış olan iki mənbəyə istinadən “X” sosial şəbəkə hesabında məlumat verib.

Vaşinqton Tehranın planını rədd edir: Gərginlik artır

“Saziş üzrə danışıqlar üçün bir aylıq müddət müəyyən edilir”, – deyə jurnalist yazıb.

İranın təklifinə əsasən, Tehran ilk növbədə bu məsələlər üzrə razılığa gəlməyi və yalnız bundan sonra daha bir ay müddətinə artıq İranın nüvə proqramına aid saziş üzrə danışıqların növbəti raunduna başlamağı təklif edir.