Ukrayna Rusiyaya məxsus iki neft tankerini vurub
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Müdafiə Qüvvələri Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerini vurub.
24Xeber.az xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, həmin gəmilər neft daşınmasında aktiv istifadə edilib.
“Döyüşçülərimiz Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyaların tətbiqini davam etdirirlər – Novorossiysk limanının giriş akvatoriyasında bu növ iki gəmi vurulub”, – deyə prezident bildirib.
Zelenski əlavə edib ki, Ukraynanın uzaqmənzilli silah imkanları dənizdə, səmada və quruda hərtərəfli inkişaf etdiriləcək.