“İblis “Prada” geyinir-2″ ilk gündə 32 milyon dollar gəlir topladı
“İblis “Prada” geyinir-2″ filmi ABŞ-də prokatın ilk günündə (öncədən nümayişlər daxil olmaqla) 33 milyon dollar gəlir əldə edib.
24Xeber.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Hazırda filmin iki gün ərzində qlobal kassa gəliri 50.5 milyon dollar təşkil edir. Orijinal lentdən 20 il sonra çəkilən ikinci hissənin büdcəsi 100 milyon dollar qiymətləndirilir.
Film 2026-cı ilin buraxılışları arasında Braziliya, İtaliya və Avstraliya bazarlarında ilk gün üzrə ən yüksək nəticəni göstərib. Ümumilikdə ekran işi 45 ölkədə nümayişə çıxarılıb.
Beləliklə, film artıq ilk hissənin debüt həftəsonu nəticəsini üstələyib – 2006-cı ildə “Şeytan “Prada” geyinir” 27.5 milyon dollar toplamışdı. Analitiklərə görə, filmin açılış gəliri 80 milyon dollara çata bilər.
Filmdə baş rolları yenidən Meril Strip, Enn Hetevey, Emili Blant və Stenli Tuççi canlandırıblar.