Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov red.) sağlığında yaşadığı Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi, İnşaatçılar metrosu yaxınlığında yerləşən 3 otaqlı mənzilinin 280 min manata satılması ilə bağlı xəbərlər yayılıb.
azxeber.com xəbər verir ki, müğənni Niyam Salami yayılan bu xəbərin əsassız olduğunu söyləyib:
“Bilirsiniz ki, Gülü xanım mənimlə birgə uzun müddətdir ki, restoranımızda çalışır. Onu xanım aşbazların üzərində nəzarətçi qoymuşam. Gülü xanım yanımda, qanadımın altındadır. O, özünü yanımda çox gözəl hiss edir. Özü də çox çalışqan bir insandır. Səhər tezdən gəlir, axşam saat 6-da gedir evinə. O, evini satmayıb. Niyə axı o, mənzilini satmalıdır? Gülü özü də bu yalan xəbərlərdən bezib, təngə gəlib. Deyir “səhərdən bu xəbərlə bağlı jurnalistlər zəng vurub, narahat edir”. Amma bu xəbər kökündən yalnışdır. Gülü xanımın adından bildirirəm ki, ev satılmayıb, Gülü xanım da orada yaşayır”.
Son dəqiqə
- Heydər Əliyevin anadan olmasının 101 ili Mingəçevirdə coşqulu ilə qeyd edildi – FOTO – VİDEO
- Mingəçevirdə vətəndaşın evini dağıdırlar – VİDEO
- İrana casusluq edən Mingəçevir şəhər sakini saxlanıldı
- Mingəçevirli şagird imtahanda maksimum nəticə göstərdi – FOTO
- Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
- Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin rəhbər..
- Mingəçevirdə hadisə şagird xəsarət aldı..
- Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?