Britaniyada əkiz bacılar DNT testi etdilər – Nəticələr hər kəsi təəccübləndirdi

a5XnlXAf6b3JH5Yo4Ca06iDZeHG2wlsNUBzFLNwd_1200

Ömürləri boyu eyni valideynlərdən dünyaya gəlmiş əkizlər olduqlarını düşünən 49 yaşlı Laviniya və Mişel Osborn, DNT analizi verdikdən sonra fərqli atalara sahib olduqlarını öyrəniblər. Bu hadisə elmdə heteropaternal superfekundasiya adlandırılan olduqca nadir bioloji fenomenin nümunəsidir.

24Xeber.az  xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Dünyada bu cür 20-dən az hadisə qeydə alınıb, Böyük Britaniya üçün isə bu, ilk belə haldır. Beləliklə, Laviniya və Mişelin müxtəlif yumurtahüceyrəli əkizlər və sadəcə ana tərəfdən doğma bacı olduqları üzə çıxıb.

Bacılar bu faktı dörd il əvvəl, 45 yaşlarında olarkən biliblər. İlk olaraq Mişel “Ancestry” genealoji şirkətində DNT testindən keçib. Daha sonra Laviniya da eyni analizi verib. Nəticələr 2022-ci ilin fevral ayında, qadınların analarının vəfatından cəmi bir neçə saat sonra məlum olub. Testlər təkcə bacıların öz ataları hesab etdikləri şəxslə heç bir genetik bağlarının olmadığını deyil, həm də onların tamamilə fərqli atalardan olduqlarını sübut edib.

Sonrakı axtarışlar nəticəsində Mişel bioloji atası olan Aleksi tapmağa müvəffəq olub. O, narkotik və spirtli içki aludəçisidir və Brikston küçələrində dilənçilik edir. Laviniya isə bacısının köməyi ilə öz atası Arturu tapıb. O, atası ilə mehriban münasibətlər qurub və ona ata deyə müraciət edir. Bu hadisədən sonra o, həm də beş yeni ögey bacı-qardaş qazanıb.