Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular

ypoR3OonJpYfSFntF3gXSBwcX26xi5aBrUR2QeMi_1200


Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatını təmsil edən husilər Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiklərini bildiriblər.

24Xeber.az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə qruplaşmanın hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

“Yəmən silahlı qüvvələri son 48 saat ərzində pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə dörd dəqiq hərbi əməliyyat həyata keçiriblər. Bunlardan birincisi Səudiyyə Ərəbistanının paytaxtındakı Müdafiə Nazirliyinin binasına qarşı yönəldilmişdi”, – deyə Sariya, özünün “Telegram” kanalında qeyd edib.

Bundan əlavə, husilərin ölkənin qərbindəki Yanbu şəhərində yerləşən “Saudi Aramco” Səudiyyə neft şirkətinin infrastrukturuna da hücum etdiyi qeyd olunur.