Hakan Fidan amerikalı vasitəçilərlə İran üzrə danışıqları müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmiləri, eləcə də iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran və ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib.
24Xeber.az bildirir ki, TASS-ın Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, müzakirələr son iki gün ərzində baş tutub.
“Xarici işlər naziri Hakan Fidan aprelin 26-da amerikalı vasitəçilərlə telefon danışığı aparıb. Tərəflər ABŞ və İran arasındakı danışıqların mövcud vəziyyəti barədə fikir mübadiləsi aparıblar”, – deyə mənbə bildirib.
Mənbə, həmçinin əlavə edib ki, şənbə günü axşam saatlarında H.Fidanın iranlı və pakistanlı həmkarları ilə də eyni məsələ ətrafında təmasları olub:
“Aprelin 25-də Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçı və Pakistanın xarici işlər naziri İshaq Dar ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb. Müzakirələr İran və ABŞ arasındakı danışıqlar prosesindəki son hadisələrə həsr olunub”.