Yasamalda QƏZA: “Shacman”la “Mercedes Sprinter” toqquşdu

BielJyRVwntzxxWpLyIVTnr4WlxtXAiAq2HeJdL0_1200

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

24Xeber.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Yasamal rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Sprinter” və “Shacman” markalı avtomobillərin iştirakı ilə qəzanın baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Orxan Əlicavad oğlu Cavadovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.