İran BMT-yə şikayət etdi: “Ərəb ölkələrinin ərazilərindən bizə qarşı istifadə olunur”

MYwIOaGzGAxSAxDqfkX3Xb0vs8zZRZTTOXHUkRyZ_1200

İran hakimiyyəti bildirib ki, ABŞ bu ölkəyə qarşı hücumlar planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının ərazi və hava məkanlarından istifadəni davam etdirir.

24Xeber.az  xəbər verir ki, bu, İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Əmir Səid İrəvaninin qurumun baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanlanmış məktublarında qeyd olunub.

BƏƏ-yə aid məktubda İran bu ölkəni münaqişədə bilavasitə iştirakda ittiham edib. İddia olunur ki, BƏƏ-nin “Mirage” və “F-16” qırıcıları, eləcə də “Akıncı” PUA-ları İranın hava məkanını pozaraq Hörmüz boğazında və bir neçə adada hədəflərə zərbələr endirib.

İran sözügedən dövlətləri qonşuluq prinsiplərinə riayət etməyə və öz ərazilərindən İslam Respublikasına qarşı yenidən istifadə olunmasına yol verməməyə çağırıb.

Qeyd olunur ki, belə pozuntuların nəticələrinə görə məsuliyyət həmin ölkələrin üzərinə düşəcək.