Kallas: “Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir”
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Tehranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlərə cavab olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
24Xeber.az CNN telekanalına istinadən xəbər verir ki bu barədə o, Lüksemburqda Aİ Xarici İşlər Şurasının iclası başa çatdıqdan sonra bildirib.
“Aİ artıq İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib, lakin bu gün biz həmçinin naviqasiya azadlığının pozulmasına görə məsuliyyət daşıyanları əhatə etmək üçün sanksiya rejiminin genişləndirilməsi barədə siyasi razılığa gəldik”, – deyə o vurğulayıb.