İran Trampın edam cəzası verilən səkkiz qadınla bağlı iddiasına cavab verdi
İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadına ölüm hökmü verilməsi ilə bağlı açıqlamasını təkzib edib.
24Xeber.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, İran rəsmiləri bu iddianı əsassız adlandırıblar.
Bildirilib ki, ABŞ lideri etibarsız məlumatlara istinad edərək İranda səkkiz qadının edama məhkum edildiyini iddia edib. Agentliyin məlumatına görə, aparılan araşdırmalar nəticəsində belə bir hökmün çıxarılmadığı müəyyən olunub.
Qeyd edək ki, aprelin 21-də Donald Tramp öz sosial şəbəkə hesabında İran rəhbərliyinə müraciət edərək, saxlanılan səkkiz qadının ABŞ nümayəndə heyəti ilə danışıqlar ərəfəsində azad olunmasını tələb edib.