Melaniya Tramp sammitə süni intellekt robotu ilə qatılıb

lwRnblM80DLe52UQUXG50sHESBmak6LQKe7RFKHc_1200

ABŞ-nin birinci xanımı Melaniya Tramp “Gələcəyi birlikdə qurmaq” adlı qlobal koalisiya sammitində iştirak etmək üçün Ağ Evə humanoid robotun müşayiəti ilə gedib.

24Xeber.az  bu barədə “The Independent” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, M.Tramp “Figure Three” adlı insanabənzər robotla birlikdə qırmızı xalı üzərindən keçib.

Robot zala tərəf dönərək, “Məni Ağ Evə dəvət etdiyinə görə birinci xanım Melaniya Trampa təşəkkür edirəm” deyə bildirib.

Qeyd edək ki, ötən il M.Tramp tələbə və müəllimləri müxtəlif problemlərin həllində süni intellektdən istifadə etməyə təşviq etmək məqsədilə milli süni intellekt müsabiqəsinə start verib.

Müsabiqə ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış və amerikalı gənclər arasında süni intellekt sahəsində təhsilin inkişafına yönəlmiş sərəncama uyğun olaraq elan edilib.