Ağ Ev İranı “cəhənnəm”lə hədələdi

I4erjJCuCyojkwrtY2IWRFksyj9UGfSBevyBRDiX_1200

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bəyan edib ki, əgər Tehran müharibədəki məğlubiyyətini etiraf etməsə, ABŞ İrana “indiyə qədərki ən ağır” zərbəni endirəcək.

24Xeber.az  “Yevropeyskaya pravda”ya istinadən xəbər verir ki, K.Levitt bu barədə brifinqdə bildirib.

K.Levittin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlara deyil, sülhə üstünlük verir. Lakin o vurğulayıb ki, əgər Tehran məğlubiyyətini etiraf etməkdən imtina edərsə, “cəhənnəmi dadacaq”.

“Əgər İran bugünkü reallıqları qəbul etməsə – hərbi cəhətdən məğlub olduğunu və bu məğlubiyyətin davam edəcəyini anlamasa – Prezident Tramp İranın əvvəllər heç vaxt olmadığı qədər güclü zərbə almasını təmin edəcək… Prezident Tramp blef etmir, o, cəhənnəmi alovlandırmağa hazırdır. İran yenidən yanlış hesablamaya yol verməməlidir”, – deyə Ağ Evin mətbuat katibi qeyd edib.