Almaniya kansleri: “Dünya epoxal dönüş nöqtəsindədir”

xUxJv6o2Ic3EOLsA763v0fSDnl0jXFASFlNVB8Q9_1200

Almaniya kansleri Fridrix Merts dünyanın epoxial dönüş nöqtəsi yaşadığını bəyan edib. O, ölkəsinin hökuməti tərəfindən planlaşdırılan islahatlarla bağlı səbir nümayiş etdirməyə çağırıb.

24Xeber.az -ın TASS-a istinadən xəbərinə görə, Fridrix Merts bu barədə Şimali Reyn-Vestfaliya federal əyalətinin hakimiyyəti tərəfindən təşkil edilən iqtisadi konfransda danışıb.

O, Almaniyanın üzləşdiyi vəziyyəti “ikili mənada çağırış” adlandırıb.

“Bu, geoiqtisadiyyata aiddir və dünyanın hazırda yaşadığı sarsıntılar ölkəmizin yığılmış struktur problemlərinin üzərinə əlavə olunur. Bunlar hamısı birlikdə hərəkətə keçməyi zəruri edir.

Üstəlik, İkinci Dünya müharibəsinin bitdiyi dövrdən bəri olmasa da, bəlkə də son onilliklərdə gördüyümüz ən genişmiqyaslı tədbirə ehtiyac yaradır”, – Merts qeyd edib.

Eyni zamanda o bildirib ki, söhbət sadəcə konyunktur böhran (dünya iqtisadiyyatında və ya ayrı-ayrı ölkələrin təsərrüfat fəaliyyətində baş verən, qiymətlər, tələb-təklif, istehsal həcmi, məşğulluq və s. kəskin pisləşməsi ilə xarakterizə olunan dövri iqtisadi tənəzzül – red.) və ya struktur problemindən getmir:

“Biz hər nəslin bir dəfə yaşadığı dərin epoxal dönüş nöqtəsinin şahidi oluruq. İkinci Dünya müharibəsindən sonra – indiyə qədər sadəcə olaraq bizim bəxtimiz gətirib”, – deyə Almaniya kansleri iddia edib.