Sumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQ

l63gdORunAX1uDHeSVXi1m6q45AWTiGIgFbtX1mp_1200

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

24Xeber.az  xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar mayın 8-i saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.