Kosta-Rikada gücü zəlzələ oldu
Kosta-Rika akvatoriyasında 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
24Xeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, seysmik hadisənin episentri təxminən 12 min əhalisi olan Santa Kruz şəhərindən 95 kilometr cənub-qərbdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.