Kosta-Rikada gücü zəlzələ oldu

Cb8NUDtewdxH3qCayOkK0vwUO96LWFNCjNTwxEfK_1200

Kosta-Rika akvatoriyasında 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

24Xeber.az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, seysmik hadisənin episentri təxminən 12 min əhalisi olan Santa Kruz şəhərindən 95 kilometr cənub-qərbdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.