Tramp: “Hörmüz boğazı tezliklə açılacaq”

ogTc4sbz1WediVN3pc6RQodEuVGr0W2zCbjYCfJ8_1200

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını bildirib.

24Xeber.az  TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində deyib.

Tramp qeyd edib ki, boğazın açılması asan olmayacaq, lakin bunun tezliklə baş verəcəyini düşünür.

Onun sözlərinə görə, bu marşrutdan əsasən digər ölkələr istifadə edir və onun açılmasına da məhz onlar kömək edəcəklər.