Xəzərdə son beş gündə yeddinci zəlzələ oldu

tvOd7Uyt4cjuKLItmacW4rs3QrOyVjMKEjA8tVnD_1200

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə 24Xeber.az -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.3 olub.

Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, aprelin 7-si və 8-də 3-5 bal gücündə altı zəlzələ qeydə alınıb.