Tehranda həbs edilən Yaponiya televiziyasının nümayəndəsi azad olundu

IpGnPpnzQ2rTtS9Xog2grIcbXL3kPo6fQbvDEtGU_1200

İran hakimiyyəti Yaponiya ictimai televiziyasının (NHK) Tehran bürosunun yanvarda saxlanılmış rəhbərini azad edib.

24Xeber.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda jurnalist Tehrandadır və İranı tərk edə bilmir. Onun səhhətində heç bir problem yoxdur. O, iki ölkənin xarici işlər nazirləri arasında bir gün əvvəl baş tutan telefon danışığından sonra aprelin 6-da həbsxanadan buraxılıb.

Xatırladaq ki, İranda iki Yaponiya vətəndaşı saxlanılmışdı. Onlardan biri daha əvvəl azad edilib və Azərbaycan vasitəsilə vətəninə qayıdıb. Yaponiya hökuməti İran hakimiyyətindən NHK təmsilçisinin ölkəni tərk etməsinə icazə verməsini xahiş edib.